Türkiyə İraqın şimalında 8 PKK-çını məhv etdi

{title

Türkiyə Hərbi Hava qüvvələri İraqın şimalında 8 PKK terror qruplaşmasının üzvünü məhv edib. 42-CiParalel.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, terrorçular İraqı şimalında, Zap və Avaşin-Basyan rayonlarında keçirilən əməliyyat nəticəsində zərərsizləşdiriliblər.