Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
42-Ciparalel.Az-ın məlumatına görə, "Brent” markalı neftin hərrac yekunundakı son qiyməti 59.61 dollar olub.
Azərbaycan nefti də paralel olaraq düşüb və bir barelinin qiyməti 0,81 dollar, yaxud 1,31% azalaraq və 61,21 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.