Fərəc Quliyev yəhudi əsilli fəalı özünə müşavir təyin etdi

Milli Dirçəliş Hərəkatı Partiyasında yeni təyinat olub. Partiyadan 42-Ciparalel.az-a verilən məlumata görə, sədr Fərəc Quliyev müvafiq sərəncamla Azərbaycanlılar Yaxın Şərqdə Konqresinin prezidenti, Dünya Sülh Federasiyasının (Universal Peace Federation, UPF) sülh səfiri, doktor Aleksander Şapiro-Sulimanı beynəlxalq məsələlər üzrə partiya sədrinin müşaviri vəzifəsinə təyin edib.
Qeyd edək ki, dünya ictimaiətində ictimai-siyai fəal kimi tanınmış 54 yaşlı Aleksander Şapiro-Suliman həm də uğurlu diaspor fəalı kimi Azərbaycanın beynəlxalq münasibətlərində aktiv iştirak edir.
Çoxşaxəli beynəlxalq fəaliyyətlə məşğul olan insan hüquqlarının müdafiəsi üzrə komisar Aleksander Şapiro-Suliman İnsan Hüququları Müdafiəsi üzrə Beynəlxalq Komitənin ekspertidir. Eyni zamanda o, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, "NPO Policy Simulation Development” strateji mərkəzinin vitse-prezidentidir.