Reklam Dünyada milyarderlərin sayı iki dəfə artıb

{title

Son on il ərzində dünyada milyarderlərin sayı faktiki olaraq iki dəfə artıb.

42-Ciparalel.Az
xəbər verir ki, bu barədə "Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatının Dünya İqtisadi Forumu (Davos) ərəfəsində ictimailəşdirdiyi araşdırmanın nəticələrində deyilir.

 
Araşdırmaya görə, 2018-ci ildə Yer üzündə olan milyarderlərin sayı 2208 nəfər təşkil edib. 2017-2018-ci illər ərzində gündəlik olaraq bir yeni milyarder ortaya çıxıb.

Habelə, "Oxfam” bir qorxulu rəqəm də açıqlayıb: dünyanın ən yoxsul 3.8 milyard insanının maddi vəziyyəti ötən il ərzində yaxşılaşmayıb. Həmin insanların ümumi varidatı 26 ən zəngin insanın varidatına bərabərdir.

Tədqiqata əsasən, dünyanın ən zəngin insanı – "Amazon” şirkətinin rəhbəri Ceff Bezosun sərvəti 112 milyard dollara qədər çoxalıb. Həmin məbləğin 1 faizi 105 milyon əhalisi olan Efiopiyanın səhiyyə büdcəsinə bərabərdir.