Prezident İlham Əliyev "İçərişəhər" metrostansiyasının açılışında iştirak etdi

{title


Bakı Metropoliteninin
"İçərişəhər” stansiyasının 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.

42-Ciparalel.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bugün retro vaqonlarla tanış olub.

Belə ki, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına retro vaqonlar barədə məlumat verdi.

Onu da qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar "A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.

Retro tipli digər vaqonlar "Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə "Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb.

Təqdimatı olan "E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. "E” tipli ilk sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya "E” tipli 47 ədəd vaqon çatdırılmışdı.

Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla "İçərişəhər” stansiyasından "Nəriman Nərimanov” stansiyasına gəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra silsilə yeniliklər biri-birini əvəzlədi.