İran silkələndi

Bu gün İranın şərqində daha bir zəlzələ baş verib.
42-CiParalel.az xəbər verir ki, səhər saatlarında Kirman şəhərindən 37 kilometr şimalda Rixter şkalası ilə 4,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, həmin bölgədə son günlər ərzində bir neçə güclü zəlzələ baş verib. Son məlumata görə, dünən baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.