Misirdə Yaxın Şərqin ən böyük hərbi bazası açılıb

{title

Misirdə Aralıq dənizi sahilində yerləşən Al-Hamam şəhərində "Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib. 42-CiParalel.Az xarici mediaya istinadən xəbər verir ki,  mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ərəb və digər ölkələrin rəsmi şəxsləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Misirin ilk prezidentinin şərəfinə adlandırılan "Məhəmməd Nacib” hərbi bazası Yaxın Şərqdə və Afrikada ən böyük hərbi bazadır.