Android telefonlarda virus axını

{title

     42-ciparalel.az

     Bu vaxta qədər 20 min troyan aşkarlanıb.

Android sistemli texnika işlədənlərə pis xəbər. 
Lookout kompaniyasının əməkdaşları bəyan ediblər ki, Androidə troyan proqramı yayılıb. Hələlik bu virusları təmizləmək mümkün olmayıb. 

Virus Androidin sitemindəki oyunlarından və reklamlarından keçir. Təhlükəli proqram sosial şəbəkədə müştərilərin və oyunların altında gizlənir. Proqram normal çalışmağa başlayacaq, lakin sistemə troyanlar dolur. Bu vaxta qədər 20 min troyan aşkarlanıb. Google Play-də aşkarlanmayıb. 

Troyan proqramı 

Virus düşəndən sonra reklam görsənir və onu söndürmək mümkün olmur. Troyan proqramı Androidin bütün əsas mexanizimlərini sıradan çıxardaraq istifadiçilərin şəxsi parolları və digər məlumatlarını sındırır. 

Əvvəlcə "Android İnc" şirkəti tərəfindən inkişaf edib, daha sonra Google tərəfindən alınıb. Google-un bu təşəbbüsü "Open Handset Alliance"-nın yaranmasına səbəb olub, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur. Android, cihazların funkionallığını artıran proqramlar yazan böyük bir mühəndis qrupuna sahibdir.