Böyük Britaniya rekord həddə avtomobil istehsal edib

{title

Britaniya avtombillərinin əsas bazarları isə, Avropa, Rusiya və Çindir.
 
Böyük Britaniyanın 2015-ci ildə son 10 il ərzində avtomobil istehsalı rekord həddə yüksək olub. 42-ciparalel.az-ın  məlumatına görə, istehsalçılar 2015-ci ildə 1.6 milyon ədəd avtomobil istehsal etdiklərini bildiriblər. Bu, 2014-cü il ilə müqayisədə 3.9 faiz artıq göstərici olub. 
Avtomobillərin 80%-i xarici ölkələrə ixrac edilib. Britaniya avtombillərinin əsas bazarları isə, Avropa, Rusiya və Çin olub.
Rusiyaya ixracat 69 faiz aşağı düşüb. Çinə ixrac olunan avtomobillərin sayı isə, 37 faiz geriləyib. Avropada isə, Britaniya avtomobillərinə maraq artırb. Tələbat çox olduğu üçün qitəyə ixrac olunan avtomobillərin sayı 11 faiz artıb.
 
42-ciparalel.az