Təhsil Nazirliyi xaçmazlı müəllimləri imtahana çəkdi

42-ciparalel.az
İmtahanda 2300 -ə yaxın müəllim biliyini ortaya qoyub.
Təhsil Nazirliyi paytaxtdan sonra Azərbaycanın bəlgələrində müəllimlərin dioqnostik qiymətləndirilməsi tədbirlərinə start verib. Prosesə ilk olaraq bölgələr üzrə şimaldan başlanılıb.
Müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsi mərhələsində bölgələr üzrə ilk olaraq xaçmazlı pedaqoqlar imtahan ediliblər. Xaçmaz olimpiya idman kompleksində baş tutan qiymətləndirmə imtahanlarına bu gün səhər saatlarından start verilib. Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin verdiyi məlumata görə, bundan əvvəl paytaxt üzrə təxminən 3 min müəllimin biliyi imtahan edilib və əsasən bütün müəllimlər imtahandan uğurla keçib. Nazirlik nümayəndəsi məlumat verib ki, Xaçmaz müəllimləri əmək haqlarının artırılmasına xidmət edəcək qiymətləndirmələrə ciddi hazırlaşıblar.

"Xaçmaz üzrə hardasa 2300-ə yaxın müəllim imtahana dəvət olunub. Bu gün artıq 2-ci imtahan sessiyası başlayıb, davamiyyətlə bağlı deyə bilərəm ki, 99%-dən yuxarı bu çox yaxsi haldir. Çox az müəllim gəlməyib. Onların inanıram ki, əsaslı səbəbi var", deyə TN-nin nümayəndəsi İlham Nağıyev bildirib.
İmtahan zalında şəffaqlığı təmin etmək üçün bir neçə yerdə veb-kamera da quraşdırılıb. Elektron qaydada keçirilən imtahanlarda kömpyüteri bilməyən yaşlı müəllimlər üçün 2 ay əvvəldən xüsusi treyninqlər də keçirlib. Xaçmazlı müəllimlər imtahanın gedişindən raziliqla danışdılar.

"40 sual ixtisas, 20 sual metodika, umumilikdə 60 sual idi. Kompyüterlə idi. Yəni hərtərəfli yaşxı idi", deyə gənc müəllimə Günel Hacızadə
"30 ilin müəlliməsiyəm. Ona görə suallar mənim üçün o qədər də çətin deyildi. Hər şeydən xəbərmiz var, kurrikulumu oxumuşuq. Hələ ki, suallar çətin deyildi", deyə yaşlı müəllimə Alidə Məmmədova bildirib.

Xaçmazlı müəllimlərin qiymətləndirmə imtahanı noyabrin 29-da da davam edəcək. Təhsil Nazirliyinin əməkdaşı İlham Nağıyev imtahanda minimum 4 ixtisasdan, 2 metotikadan, 6 sualı cavablandıran müəllimin imtahandan keçdiyini bildirdi. Xaçmazdan sonra TN ölkə üzrə daha 3 şəhərdə, 8 rayonda olmaqla, ümumilikdə ,12 bölgədə müəllimləri bilik-bacarıqlarını yoxlama testindən keçirəcək.
