• Təhsil
  • 12-11-2015, 00:20
  • 251Oxunub

Bu xəbər tələbələrin böyük sevincinə səbəb oldu

{title

42-ciparalel.az
 

Məlum olduğu kimi, artıq ödənişli əsaslarla oxuyanlar da təqaüd ala biləcəklər. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bağlı sizə xəbər vermişdik. Artıq edilən dəyişikliklərin detalları məlum olub. Yəni bu təqaüdlər kimə və necə veriləcək, kimlərə şamil ediləcək və sairə. Əsas məsələ isə odur ki, bu xəbər tələbələrin böyük sevincinə səbəb olub.

Tələbələr hesab edirlər ki, dövlət başçısının bu qərarı təqaüdlərin ədalətli bölügüsünü təmin edəcək və sağlam rəqabət mühiti yaradacaq. 

Təhsil Nazirliyi isə dəyişikliklərin detallarını açıqlayıb. Qurumun sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, 1-ci semestrdə proses əvvəlki qaydalara uyğun aparılacaq.

Bu isə o deməkdir ki, tələbələrin imtahan nəticələri 100 baldan başlayaraq  aşağıya doğru sıralanacaq. Hər ixtisas üzrə vəriləcək təqaüdlərin sayı müəyyənləşəcək. Məsələn, 50 tələbədən ibarət olan qrupa 20 təqaüd ayrilır. Bu təqaüdü sıralamada ən yüksək balı olan 20 tələbə alacaq.

Sərəncamın sosial mahiyyəti də diqqət çəkir. Çünki burada məcburi köçkün, şəhid və digər bu kimi imtiyazlı ailələrin övladlarina təqaüdün verilməsi məsələsi də öz əksini tapıb.

Məsələ ilə əlaqədar Nazirlər Kabinetinə tapşırıq verilib və gözlənilir ki, qəbul olunan qərar tək bu il deyil, əvvəlki illərin tələbələrinə də şamil ediləcək. Onu da qeyd edək ki, bu dəyişikliklər doktorantuara, ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdlərinə, o cümlədən MBA-da oxuyanlara aid deyil. Onlar təqaüdləri əvvəlki qaydada alacaqlar.