Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi – FOTO

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.
42-CiParalel.Az xəbər verir ki, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.
Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif Universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.
O, bakalavriat təhsilini Qafqaz Universitetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.