• Təhsil
  • 6-04-2017, 16:31
  • 247Oxunub

Latviyalı professor Qərb Universitetinin rektoru təyin edildi

{title

Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb. Bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.

Universitetdən 42-CiParalel.Az-a verilən məlumata görə, böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.

Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.