Tarix test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi olub

42-ciparalel.az
Tarix fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin "Skype” proqramı vasitəsilə TQDK-nınGəncə, Şəki, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri iştirak ediblər.
Test tapşırıqları (A variantı, 51-60 saylı, B variantı, 51-53, 55, 56, 61, 62, 66, 68, 69 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Seminar "Dərslik portalı”nda canlı yayımlanıb.
Noyabrın 12-də test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.