• Təhsil
  • 25-01-2016, 13:33
  • 516Oxunub

Azərbaycanda müəllim azyaşlı şagirdi döydü və söydü (VİDEO)

{title

Qadın müəllimə azyaşlı şagirdin başından vurub və təhqir edib.
 
Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayılıb. 42-ciparalel.az-ın məlumatına görə, bu dəfə döyülmə faktı Abşeron rayonuXırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınıb.
Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkib. Həmin videonu sizə təqdim edirik:
 
 
İbtidai sinif müəlliməsinin şagirdi vurması
Məsələ ilə bağlı Xırdalan qəsəbəsində yerləşən 9 nömrəli məktəblə əlaqə saxladıq. Adını açıqlamayan direktor müavini hadisədən xəbərdar olduqlarını bildirdi:
"Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək onu vurub. Sinifdə cəmi 6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub", - deyə məktəbdən vurğuladılar.
"Kimin uşağı olmağından asılı olmayaraq, balaca bir uşağı vurmağa müəlliməyə kim ixtiyar verir?", - sualından boyun qaçıran və müəllimənin adını demək istəməyən direktor müavini telefonu üzümüzə qapamaqla kifayətləndi. 
9 nömrəli məktəbdə baş verən bu hadisə ilə bağlı Təhsil Nazirliyidə maraqlanır. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
Son bir neçə ay ərzində məktəblərdə yaranmış vəziyyət heç də ürəkaçan deyil. Bənzər hadisə yanvarın 14-də yaşanıb. Oxuculardan biri 42-ciparalel.az-a Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində tarix müəllimi İdris Hüseynovun şagirdi tənqid edərək döydüyü videonu göndərib. Məsələ ictimailəşdikdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib. 
 
42-ciparalel.az