Ətin qiyməti ucuzlaşdı

Bakıda dana və quzu ətinin qiyməti nisbətən ucuzlaşıb. Belə ki, bir neçə gün əvvələ qədər 11-12 manata təklif edilən dana ətinin qiyməti 10 manata, 13 manata təklif edilən quzu ətinin qiyməti isə 11 manata satılacaq.
42-CiParalel.az xəbər verir ki, ət kəsimi məntəqlərindəki satıcılar bunun sırf alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqəli olduğunu deyiblər.
Onu da nəzərə alaq ki, 2015-ci ildə baş verən məlum devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşıb. Belə ki, məlum devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma isə təbii ki, ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verir.