XİN Helsinki Komissiyasının sanksiyalarla bağlı layihəsini "qəbuledilməz" adlandırıb

{title

42-ciparalel.az
 
Azərbaycan Xarici İşlər Nazirliyi Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini "qəbuledilməz" adlandırıb.
"Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə "siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil", nazirliyin yaydığı məlumatda bildirilir.
Nazirliyin sözçüsü Hikmət Hacıyevin sözlərinə görə, qanun layihəsi "anti-Azərbaycan xarakteri" daşıyır və "bu kimi qərəzli addımlar" Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər.
Çərşənbə günü ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə " Azərbaycan Demokratiya aktı"-nı təqdim edib.
Bu qanun layihəsi Azərbaycan hökümətinin yüksək vəzifəli rəsmilərinə, təhlükəsizlik və ədliyyə sisteminin işçilərinə, onların yaxın qohumlarına, habelə onlarla iş birliyindən yüksək maliyyə gəlirləri əldə edən şəxslərə ABŞ vizasının verilməməsi ilə yanaşı daxil sanksiyaların tətbiqini nəzərdə tutur.
XİN sözçüsü layihənin müəlliflərini Azərbaycan və ABŞ-ın bir sıra sahələrdə uğurlu əməkdaşlığına "kölgə salmaq niyyətini güddüklərini" hesab edir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Məhbuslar azad edilsə, deyiləcək ki, Azərbaycan qorxdu, əfv etdi", Rasim Musabəyov belə düşünür.
 
 
"Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub", Hikmət Hacıyev bildirib.
Millət vəkili Rasim Musabəyov isə deyir ki, Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsilə bağlı Azərbaycan əks addımlar ata bilər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü qanun layihəsinə mənfi yanaşdığını deyib.
Leyla və Arif Yunusun azad edilməsini xatırladan millət vəkili iddia edir ki, Azərbaycan hökumətinin Həmrəylik günü ilə bağlı "qalan insanları əfv etmək planı" var. Amma bu qanun layihəsi "maneə yaradır".
"Məhbuslar azad edilsə, deyiləcək ki, biz Azərbaycanın üzərinə yeridik, qorxdu, əfv etdi. Əks halda isə bundan ermənilərin xeyri üçün Azərbaycana təzyiq kimi istifadə ediləcək", cənab Musabəyov bildirir.
 
"Gecdir"
 
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə bu qanun layihəsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, jurnalistləri, vəkilləri, ictimai şəxsləri "sifarişlə azadlıqdan məhrum edən vəzifəli siyasətçilər" haqqında çoxdan sanksiyalar tətbiq edilməli idi.
Amma partiya sədri hesab edir ki, bu layihə gecikib.
"İllərlə Azərbaycanda çoxlu sayda siyasi məhbus həbsxanalarda saxlanılır. Təəssüf ki, buna görə Azərbaycan bütün dünyada neqativ populyarlıq qazanıb. Sanksiyalar daha tez başlamalı idi", o deyir.
Cənab Kərimli sanksiyaların təkcə viza qadağasnı nəzərdə tutmalı olmadığını da vurğulayır. Onun fikrincə, həm də maliyyə sanksiyaları olmalıdır, yəni bu şəxslərin bank hesablarına qadağalar qoyulmalıdır.
Əli Kərimli "bu Azərbaycan şəraitində daha təsirlidir" deyir.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli Kərimlinin fikrincə bu layihə "gecikib"
 
AXCP sədrinin sözlərinə görə, sanksiyalar o zaman təsirli olacaq ki, bu prosesə Avropa Birliyi də qoşulsun.
"Azərbaycanda Demokratiya Aktı" nədir?
Qanun layihəsində Azərbaycana ABŞ-ın sponsorluğu ilə həyata keçirilən proqramlar vasitəsilə maliyyənin, kredit və sığortanın verilməsinin qadağan edilməsi, Azərbaycan rəhbərlərinin və onların ailə üzvlərinin ABŞ-dakı mülkiyyət və başqa aktivlərinin bloklanması nəzərdə tutulur.
Layihə bu sanksiya və qadağaları ədliyyə və təhlükəsizlik rəsmilərinə də şamil etməyi nəzərdə tutur.
Sənədə görə bu sanksiyaların tətbiqində ABŞ-a yalnız ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə aid iclaslarında iştirak etnmək üçün gələnlər istisnalıq təşkil edə bilər.
Sanksiyaların aradan qaldırılması yalnız Azərbaycan höküməti siyasi məhbusları azad edərsə, vətəndaş cəmiyyətinin fəaliyyətinə maneəçilik törətməzsə, azad və ədalətli seçki prosesində əhəmiyyətli irəliləyiş nümayiş etdirəcəyi halda mümkün olacağını deyir.
"Azərbaycanda vəzifəli şəxslərin ABŞ-dan çox Avropa ölkələri ilə ciddi əlaqələri var", o bildirir.
Layihənin qəbul edilməsinə gəlincə, cənab Kərimli "ümid edirəm hakimiyyətin imitasiya addımları buna mane olmaz" deyir.
"Azərbaycan hökuməti beynəlxlaq ictimaiyyəti aldadır. Bir neçə nəfər azad edilir, sonra daha artığı həbs edilir. Bununla da siyasi məhbus karuseli yaradılıb və bu karusel 20 ildir davam edir", partiya sədri əlavə edir.
"Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz”, o bildirib.