Putin Türkiyəni yenə hədələyib

42-ciparalel.az
Moskvada ənənəvi ilsonu mətbuat konfransını keçirən Rusiya prezidenti deyib ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması "düşmənçilik aktı” olub.
Vladimir Putinin sözlərinə görə, hadisədən əvvəl o Suriya türkmənlərinin problemi barədə bixəbər olub.
"Türkmənlər barədə mən ilk dəfə eşitdim, bizə heç kim heç nə deməmişdi. Məgər telefon və yaxud da hərbi kanallarla zərbə endirməməyi xahiş etmək çətin idi?”, - Vladimir Putin deyib.
"Onlar düsünürdülər ki, biz ordan [Suriyadan] qaçacağıq. Rusiya elə ölkə deyil. Biz orda mövcudiyyətimizi artırdıq. Oraya zenit-raket kompleksləri yerləşdirdik”, - Putin vurğulayıb.
"Bundan əvvəl Suriya ərazisində uçublarsa, hünəri varsa indi də uçsunlar".
Bundan sonra isə Putin deyib: "Yoxsa onlar [türklər] amerikalıların müəyyən yerini yalamaq istəyirdilər?"
