Ər-Riyad görüşündə Suriya müxalifəti "tam təmsil olunmadı"

{title

42-ciparalel.az
 
Rusiya münaqişənin tənzimlənməsi üzrə Səudiyyə paytaxtında keçən sammit vaxtı Suriya müxalifətinin tam təmsil olunmadığını bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən bu amil toplantıda qəbul edilən "yekun bəyannamənin mətninə təsirsiz ötüşə bilməzdi”.

Ankara xəbərdarlığında bildirib ki, kürdlərin görüşə çağrılması təqdirində öz ərazisində mənzillənən Suriya müxalifətçilərini Ər-Riyaddakı toplantıya buraxmayacaq, Moskva çərşənbə və cümə axşamı Ər-Riyadda keçən görüşün nəticələri barədə bildirib.

"Orda, o cümlədən, kürd birləşmələri - Demokratik İttifaq Partiyasının nümayəndələri, habelə Suriyanın şimalındakı yerli hakimiyyət nümayəndələri olmayıblar. Türkiyənin müqavimətinə tuş gələn təşkilatçılar onlara dəvət göndərməyiblər”.

Ər-Riyad görüşünün iştirakçıları New York-da keçiriləcək Suriya sülh konfransına yollanacaq nümayəndələrini seçiblər.

Aparıcı dövlətlər vahid müxalifət və prezident Bəşər əl-Əsəd arasında münaqişənin tənzimlənməsinə yönələn danışıqların aparılmasını istəyir.