Putin orduya əmr edib: "Dərhal məhv edin"

42-ciparalel.az
Prezident Putin bildirib ki, Suriyadakı "terroristlər" Rusiyaya birbaşa hədədir.
Rusiya prezidenti Vladimir Putin Suriyadakı qüvvələrinə qarşı təhdidlərlə bağlı Rusiya ordusuna "çox sərt tədbirlər" görməyi tapşırıb.
Rusiya qüvvələrinə qarşı istənilən hədəflər "dərhal məhv edilməlidir," o bildirib.
Cənab Putin təfərrüatları açıqlamasa da, Türkiyə ilə Rusiya hazırda Rusiya təyyarəsinin Ankara tərəfindən vurulması üzündən münaqişədədir.
Rusiya Suriyadakı hava zərbələrinə sentyabr ayında başlayıb və bunu Prezident Bəşər əl Əsədin xahiş etdiyini bildirib.
Kreml, mötədil Suriya müxalifətini hədəf alması ilə bağlı ABŞ-ın başçılıq etdiyi koalisiyanın ittihamlarını rədd edir və İslam Dövləti (İD) qruplaşmasına zərbələr endirdiyini bildirir.
Cənab Putin bununla bağlı müdafiə rəsmilərinin görüşü zamanı bəyan edib.