“HEYDƏR ƏLİYEV - ÖMÜR PİLLƏLƏRİ”

{title

 42-ciparalel.az

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sovet dövlətinin kifayət qədər güclü olduğu illərdə, bu dövlətin dünyaya meydan oxuduğu dövrdə belə Heydər Əliyev  mənəvi azadlığın təminatçısı oldu. Onun ən böyük üstünlüyü öz xalqının tarixini mükəmməl bilməsi idi. Məhz Ulu  Öndərin sayəsində hələ sovet rejimində Azərbaycan dili dövlət dili status aldı. 

 

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırdı. Məhz elə bu qayğı və diqqətin sayəsində yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında  təhsil almaq imkanı qazanmışdır. Bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb respublikanın inkişafına öz  töhfələrini versə də, onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdır. Bir sözlə, 70-80-ci illərdə Sovet    dövlətində gedən respublikalar arası inteqrasiya prosesləri, gənclərin Azərbaycandan kənarda digər respublikalarda    təhsil almaq imkanı azərbaycanlıların təbii miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə   başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən isə elm və   mədəniyyətimizin inkişafına əhəmiyyətli yardım göstərmişlər.

 

Ulu Öndər Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları    arasında   milli təfəkkürün güclənməsində xüsusi rol oynamışdır.

60 – 70-ci illərdə mövcud siyasi reallıqlar milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi

 Vətənlə əlaqələrinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin qurulması, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən” cəmiyyəti) yaradılması və soydaşlarımızın Vətənlə ayrılmaz tellərlə bağlanması mühüm addımlardan biri idi. Eyni zamanda, respublikamızın hərtərəfli inkişafı onlarda milli qürur hissi oyadır, Ata yurduna maraq və bağlılığı artırırdı.

O dövrdə tələbələr arasında o taylı, bu taylı Azərbaycan uğrunda gizli fəaliyyət göstərən dərnəklərin yaranması da məhz Heydər Əliyevin vətənpərvərliyindən irəli gəlirdi.

 

XX əsr boyu yalnız əsrin Heydər Əliyev qərinəsi adlandırdığımız mərhələdə cənubi Azərbaycan mövzusunu qorxusuz-hürküsüz düşüncələrimizdən dilimizə, ordandan da qələmimizə gətirdik. Vahid xalqın eyni tarixi kökünü, eyni mədəniyyətini, tədqiq edən yüzlərlə əsərlər yarandı. Onun dəmir əli yalnız qanunları qorumurdu, sinəsində xalq və Vətən üçün çırpınan ürəyinin hökmü ilə millətini və xalqını sevən insanları da qoruyurdu. Mən tam əminəm ki, XX əsrin 70-ci illərində parlaq istedadların özlərini təsdiq etməsi, elm və mədəniyyət, ədəbiyyat və incəsənət, iqdisadiyyat sahəsindəki nailiyyətlər Heydər Əliyevin yaratdığı mənəvi-psixoloji mühitin bəhrəsi idi.

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu.

Azərbaycan batmaqda olan bir gəmini xatırladırdı. Kompası itmiş bu sükansız gəmi ucsuz-bucaqsız dəryada azmışdı. Bu gəminin sərnişinləri nicat yolu axtarırdılar.

Şükürlər olsun ki, bu gəminin kapitanı tapıldı.

Böyükdən kiçiyə, kiçikdən böyüyə - hamının gözü Ona zillənmişdi. Hətta ən amansız rəqibləri və sədaqətli dostları belə ölkədə yaranmış xaosdan, hərc-mərclikdən yalnız Onun baş çıxaracağına inanırdılar. Başqa birinin yox! Bəli, tarix Böyük İnsanı bir daha sınağa çəkirdi. O, xalqın görən gözü, düşünən beyni, vuran ürəyi, xilas məşəli, millətin Atatürk timsallı atasıydı.

Dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı ilə diqqəti cəlb edir. Bu siyasi fenomenin işığının bu qədər gur olmasınının səbəbləri çoxdur. O, ən azı XX əsrin qüdrətli siyasi sütunlarından biridir. Böyük Qazax şairi, yazıçı, ictimai xadim Oljas Süleymenov USTAD dediyi Ulu Öndərimizi İKİ ƏSRİN QƏHRƏMANI adlandırır.

 

Heydər Əliyev haqqnda təkcə mən yox, yüzlərlə yazıçı kitablar yazıb…

Heydər Əliyevin siyasi obrazı mənə də, mənim müasirlərim olan insanlara da tanış, doğma və mükəmməl bir obrazdır… Bu obraz özündə vətənpərvərlik duyğusunu, qurub-yaratmaq eşqini, milli dəyərlərə hörmət və ehtiramı cəmləmişdi.

Heydər Əliyev kimi dahinin – ən böyük AZƏRBAYCANLININ RUHU qarşısında öz vətəndaşlıq borcumu "Heydər Əliyev” kitabından başqa "Amalın işığında”, "Həqiqət”, "Zəfər yolu”, "Millətin atası”, "İşığın izi ilə”, "Bir günəş var” kitablarımı yazıb, araya-ərsəyə gətirməklə az da olsa verməyə cəhd etdim.

Heydər Əliyev üçün mühüm şey canından çox istədiyi müstəqil Azərbaycanin gələcək taleyi idi, Azərbaycan xalqı idi. Onu naşı əllərə tapşıra bilməzdi!

Ona "Baba” deyən bu millətin müdrik sözə ehtiyacı vardı. 1 oktyabr 2003-cü ildə uzaq Klivlentdən doğma Azərbaycana ünvanladığı ritorikadan uzaq müraciət - vəsiyyət doğma xalqımız tərəfindən hərarətlə qarşılandı. Bəli, xalq öz Milli Liderinin – son müraciətini vəsiyyət kimi qəbul edib, ona əməl etməyi özünə borc bildi. Heydər Əliyevin ciyərparası İlham Əliyev prezident seçildi ... Xalq bir həqiqəti anladı ki, borc bildiyi bu əməl Azərbaycanın müstəqilliyinin əbədiliyinə, iqdisadi tərəqqisinə, demokratiyanın dönməzliyinə xidmət edəcək!. Bəli, Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin ən etibarlı keşikçisi ancaq İlham Əliyev ola bilərdi və oldu da...

 

Ulu öndərin, ruhu şad olsun!                                                                  

Azərbaycan Respublikası, 

Lənkəran İcra Başçı Taleh Qaraşov.