"İlin adamı"nın adı məlum oldu

{title

42-ciparalel.az
 

Bu ada Almaniya kansleri Angela Merkel layiq görülüb. ABŞ-ın "Time" jurnalı Almaniya kansleri Angela Merkeli "İlin adamı" elan etdi.

ABŞ-ın nüfuzlu həftəlik jurnalı, - "Time" Merkelin Avropadakı borc böhranı, qaçqın problemi, Rusiyanın Ukraynaya müdaxiləsi kimi mövzularda göstərdiyi liderliyə əsasən bu ada layiq görülüb. Qeyd edək ki, "İlin adamı"nı jurnalın icraçı direktoru özü müəyyənləşdirir.

Əslində, siyahıya Rusiya lideri Vladimir Putin ilə İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr Əl-Bağdadiliderlik edirdi.

Bu şəxslərdən başqa jurnalın namizədləri arasında ABŞ-ın dövlət katibi Con Kerriİran prezidenti Həsən Ruhani, ABŞ prezidentliyinə namizəd Donald TrampTürkiyə sahillərində həlak olmuş Suriyalı 3 yaşlı Aylan Kurdinin də adları olub.

Ötən il "Time" jurnalı Hindistanın baş naziri Narendra Modini, 2013-cü ildə isə Roma papası Fransiski "ilin adamı elan edib. 

"İlin adamı" "Time" jurnalının ənənəvi mükafatıdır. Jurnal hər il sonuncu nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanı okeanı üzərindən ilk dəfə uçuş həyata keçirən pilot Çarlz Lindberq layiq görülüb.