Donald Trampın prezidentliyə namizədliyi ləğv edilə bilər

42-ciparalel.az
ABŞ-da Respublikaçılar partiyasındanprezidentliyə namizədliyini irəli sürən milyarder Donald Trampın namizədliyi ləğv edilə bilər. Belə bir bəyanatla Ağ Ev rəsmiləri çıxış ediblər.
"Trampın müsəlmanlarla bağlı şərhi onu demək olar ki, prezidentlik hüququndan məhrum edib" - deyə Ağ Evin mətbuat katibi Coş Ernst bildirib. "İndi bizim öyrənmək istədiyimiz əsas məsələ - digər respublikaçı-namizədlərin ona səs verib verməyəcəyidir. Trampın dedikləri onu prezident postuna dair aparılan mübarizədən diskvalifikasiya etməlidir."
Ağ Evin nümayəndəsi həmçinin bildirib ki, siyasətçinin ifadələri ölkənin milli təhlükəsizliyinə hədədir.

Coş Ernst - Ağ Evin mətbuat katibi
Ekstravaqant siyasətçi Tramp ABŞ-a müsəlmanların buraxılmaması tələbi ilə ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərindəki 14 nəfərin ölümü ilə nəticələnən insidentdən sonra çıxış edib.
Donald Trampın seçki qərargahının rəhbəri Kori Levandovski bunun təkcə ABŞ-a daimi yaşayışa gələn müsəlmanlara deyil həmçinin turistlərədə aidiyyatının olduğunu bildirib.
Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər və milləti zərbə altına qoya bilərlər. "Siyasətçi" hesab edir ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər, sərhədləri bağlamalıdır.

Donald Tramp - ABŞ prezidentliyinə namizəd, milyarder
Nüfuzlu "Financial Times” qəzeti yazır ki, Donald Trampın bu çıxışı Azərbaycana yatırdığı sərmayəsinitəhlükə altına atır.
Bu 69 yaşlı Donald Trampın ilk qalmaqallı açıqlaması deyil. Bu ilin iyunun16-da ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü haqda açıqlama verən milyarder meksikalı miqrantları cinayətkar adlandırıb. Onun sözləri dünyada birmənalı qarşılanmayıb. Meksika və Panama hüquqları Trampa məxsus olan "Kainat gözəli” gözəllik müsabiqəsində iştirakdan imtina ediblər. ABŞ-da ispan dilində yayımlanan "Univision” vəNBC telekanalı isə bu müsabiqəni yayımlamaqdan imtina ediblər.
"Kainat gözəli”- hər il keçirilən gözəllik müsabiqəsidir. Bu ad uğrunda milli seçimlərin qalibləri mübarizə aparırlar. Müsabiqənin qalibi ilə illik müqavilə bağlanılır və bunun əsasında o reklam məqsədləri üçün bütün dünyanı gəzir.
"Kainat gözəli” müsabiqəsinin keçirilmə hüquqlarını Tramp 1996-cı ildə alıb. Növbəti konkurs 2016-cı ildə Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.