Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu

42-ciparalel.az
Qarik Marutyan sosial şəbəkə vasitəsi ilə Azərbaycanın Türkiyədəki xüsusi xidmət orqanları ilə əlaqə yaradıbmış.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutyanı həbs edib. Armavir şəhər sakini olan mayor uzun illər Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.
Ermənistan MTX-nin açıqlamasında qeyd olunur ki, uzun müddət müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi işləmiş Qarik Marutyan sosial şəbəkə vasitəsi ilə Azərbaycanın Türkiyədəki xüsusi xidmət orqanları ilə əlaqə yaradıb. Maliyyə vəsaiti qarşılığında onda olan və dövlət sirri hesab olunan informasiyaları onlara ötürməyə razılaşıb.
Bu faktla bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırmalar başlayıb.