Şoyqu: "İlk dəfə Araılq dənizindən "Kalibr" qanadlı raketləri tətbiq etdik"

42-ciparalel.az
Rusiya müdafiə naziri Serqey Şoyqu ölkə başçısı Vladimir Putinə Suriyada terrorçuluğa qarşı gedən əməliyyat barədə məlumat verib. Görüşdə rus ordusunun rəhbəri ilk dəfə terror qruplaşmasının obyektlərinə sualtı qayıqlar vasitəsiylə raket zərbəsi olunduğunu qeyd edib.
Nazirin sözlərinə görə, İŞİD terror qruplaşmasına zərbələr Aralıq dənizində "Rostov-don" sualtı gəmisindən edilib.
"İlk dəfə olaraq Araılq dənizinin akvatoriyasından "Rostov-don" sualtı gəmisindən "Kalibr" qanadlı raketləri tətbiq etdik", - deyə Şoyqu bildirib. Görüşdə həmçinin noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrlərinin vurduğu Rusiya hərbi təyyarəsinin "qara qutu”su Rusiya müdafiə naziri Serqey Şoyqu tərəfindən Vladimir Putinə təqdim edilib.

"Kalibr" qanadlı raketi
Xatırladaq ki, Rusiya ilk dəfə oktyabr ayında döyüşdə qanadlı raketlər tətbiq edib. Həm də ruslar bunu Xəzər dənizinin cənub-qərb hissəsindən həyata keçirib. Rusiya Xəzər dənizi akvatoriyasından Suriyadakı hədəflərə ən müasir qanadlı raketlərlə kütləvi zərbələr endirmişdi.
Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə iki dəfə Xəzər dənizindən raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir prezidentə məruzəsində Xəzər dəniz donanmasından atılan bütün 18 raketin terrorçuların hədəflərinə düşdüyünü qeyd edib. Bunun nəticəsində İŞİD terrorçu qruplaşmasının xeyli sayda canlı qüvvəsi ilə yanaşı hərbi texnikası məhv edilib. Rusiya bundan əvvəl də Suriyadakı İŞİD mövqelərini Xəzər donanmasından bombardman etmişdi. Rusiya oktyabrın 7-də Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlamışdı. Müdafiə naziri Şoyqu elə həmin gün də bu barədə Putinə məruzə etmişdi.