ABŞ-ın İstanbuldakı konsulluğu fəaliyyətini dayandırır

42-ciparalel.az
Amerika nümayəndəliyi vacib olmayan bütün görüşləri ləğv edib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu 1 günlüyə öz fəaliyyətini dayandırır. Konsulluq təhlükəsizlik səbəbindən bu gün məhdud sayda heyətlə xidmət göstərəcək.
Konsulluğun internet saytında, təhdid olunması barədə məlumatlar daxil olduğundan bu gün (09.12.2015) qurumun ictimai xidmətləri, viza görüşləri və vacib olmayan digər görüşləri ləğv etdiyi bildirilib.
Həmçinin konsulluğun növbəti gün öz fəaliyyətini bərpa edəcəyi və işinə davam edəcəyi qeyd edilib.
Elanda, paytaxt Ankaradakı ABŞ səfirliyinin, bu ölkənin Adana və İzmir şəhərlərindəki konsulluqlarının normal qaydada fəaliyyətinə davam edəcəkləri bildirilib.