Türkiyə ilə Rusiyanın eyni qrupda olması riskli deyil

42-ciparalel.az
Bu barədə rus jurnalistlər UEFA rəsmilərinə sorğu göndəriblər.
"EURO-2016” Avropa Çempionatının finalında qarşılaşmalarında Türkiyə ilə Rusiya yığmasının eyni qrupa düşməsi ehtimalı gündəmə gəlib və UEFA bu istiqamətdə rəsmi qərarını açıqlayıb. Bu barədə rus jurnalistlər UEFA rəsmilərinə sorğu göndəriblər. UEFA verdiyi cavabda, bu cür ehtimallar çərçivəsində planlarında hər hansı bir dəyişiklik gözlənilmədiyini bildiriblər.
"Qarşıdakı püşk atılması ilə əlaqədar olaraq, bu cür ehtimallar çərçivəsində hər hansı bir dəyişiklik gözlənilmir. UEFA-nın Türkiyə ilə Rusiyanı fərqli qruplarda yerləşdirmək planı yoxdur. Qurum Türkiyə Rusiya qarşılaşmasını təhlükəli hesab etmiur.”
Rusiya püşkə ikinci səbətdən, Türkiyə isə dördüncü səbətdən girəcəyi üçün iki ölkənin eyni qrupa düşmə ehtimalı var.