“İrandan Nardaran açıqlaması, Bakıdan sərt cavablar”

Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.
Natiq Kərimov açıqlamasında kənddəki son vəziyyət barədə məlumatlar verib.”
O deyib ki, Daxili Qoşunlar kənddən çəkilib, Amma bəzi yerlərdə polis postları qalmaqdadır.
O kəndin işıqlarının hələ də yanmadığını bildirib: "42 milyon manat borcumuz var, amma 42 milyonumuz yoxdur. Prezidentə müraciət edəcəyik.”
Natiq Kərimovun sözlərinə görə 19-a qədər adam saxlanıb. Bundan başqa Daxili işlər nazirinin müavini Vilayət Eyvazov kənddə 15-20 adamla görüşüb. "Deyib bizdə məlumat var ki, kimlərdəsə silah var, gətirin, təhvil verin. Mən də eyni şeyi deyirəm ki, kimdə silah var, aparınb təhvil versin. Bizə silah lazım deyil. Azərbaycanın kifayət qədər qoşunu var, silahı var. Nardaranda heç kəsə silah lazım deyil. …Bilsəm ki kiminsə evində silah var, alıb təpəsinə vuraram, aparıb təhvil verərəm. Kimdəsə silah varsa, aparıb təhvil versin, özünü də məsuliyyətdən azad etsin.”
Daxili Qoşunların komandanı Şahin Məmmədov açıqlamasında bildirib ki, "Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat davam etdirilir”. O, Nardaranda "ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində” bütün tədbirlərin icra ediləcəyini deyib.
"Komandan deyib ki, qəsəbədə xüsusi əməliyyat üçün tədbirlər planı hazırlanıb və polis orqanlarının, o cümlədən Daxili Qoşunların şəxsi heyəti plana uyğun xüsusi əməliyyat tədbirlərinə başlayıblar. Əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək.”
Bundan başqa polisin jurnalistləri Nardarandan çıxardığı bildirilir.
"İrandan Nardaran açıqlaması, Bakıdan sərt cavablar”
"İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün müraciət edib.
Həqiqətpur Azərbaycan hakimiyyətinin səhv yolda olduğunu və "şiələrin hüquqlarının məhdudlaşdırmaqla paralel homoseksuallara geniş hüquq tanıdığını” deyib.
"Təəssüf edirəm ki, özünü demokratik sayan hökumət Allahın evində, matəm mərasimi zamanı dindarları öldürür. Hökumət xalqın arasında dərin kök saldığı zaman möhkəm olur. Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq tanıyır, bir tərəfdən isə şiələrə zorakılıq tətbiq edir”.
Onun fikrincə, belə siyasətin nəticələri heç də xoş olmayacaq.
İranlı parlamentarın dediklərinə Bakıdan cavab gecikməyib. Deputat Zahid Oruc deyib ki, belə çıxışa görə İran Azərbaycandan üzr istəməlidir.
"Nardaran hadisələrindən bəhs edən bir çox dairələr onsuz da qonşu ölkənin dini modeldə bir dövlətə dayanmasını əsas götürüb burada İran izləri axtarıblar. Həqiqətpur fərqindəmidir ki, onun bəyanatı bu iddiaları sanki təsdiqləyir. Bir tərəfdən də o öz ölkəsinin səfirini çətin durumda qoyur. Yəqin ki, İranın Bakıdakı səfirliyi də məsələni hansısa fərqli siyasi mənsubiyyət daşıyan parlamentarinin özfəaliyyəti kimi saya bilməyəcək. Ona görə də bu məsələyə rəsmi münasibət bildirmək, ona aydınlıq gətirmək, gerçəkdən baş veribsə, Azərbaycandan üzr istəmək tələb olunacaq… O ki qaldı homoseksuallar və digər təbəqədən olan insanlar üçün üstün şəraitin yaradılmasına Azərbaycan özünün bütün geyim libasını qurmaq üçün, televiziya proqramlarını hansı formada yaratmaq üçün, o cümlədən xarici əlaqələrinin hamısını İranın müvafiq qüvələri ilə məsləhətləşib etməlidir?
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyib ki, Azərbaycanda dinə göstərilən hörmət bütün dövlətlərdən üstündür. Həqiqətpur başda olmaqla heç kəs Azərbaycanı dinlə bağlı ittiham edə bilməz.