Rusiyadan Türkiyə ilə danışıqlara yaşıl işıq

{title

42-ciparalel.az
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiprdə verdiyi açıqlamada Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşü rədd etməyəcəyini bildirib.

Sergey Lavrov bu açıklamanı Kiprin xarici işlər naziri Yannis Kasulidislə görüşündən sonra bildirib.

Çavuşoğlu və Lavrov sabah və cümə günü Serbiyanın paytaxtı Belqradda keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin görüşünə qatılacaq.

Nazirlər bundan əvvəl Türkiyədə Rusiya təyyarəsinin hava sərhədini pozması nəticəsində vurulmasından sonra telefonla danışıb.

XİN sözçüsü Tanju Bilgiç bildirib ki, nazirlər qarşıdakı günlərdə görüşməlidir.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə demişdi ki, Lavrov həmkarının təklifini qəbul etməyib.

Bundan başqa, prezident Vladimir Putin prezident Recep Tayyip Erdoğanın bazar günü Parisdə görüşmək istəyini rədd edib.

Putinin sözçüsü Yuriy Uşakov "Türkiyə üzr istəməyə hazır deyilsə Erdoğanla görüşü rədd edirik" deyib.

Erdoğan isə Türkiyənin üzr istəməyəcəsini, əksinə Rusiyanın hava sərhədini pozmasına görə üzr istəməli olduğunu qeyd edib.