Qırıcı qalmaqalından sonra daha bir türk nazir Bakıya gəlir

42-ciparalel.az
Türkiyənin baş naziri Əhəməd Davudoğlu Azərbaycana səfər edəcək.
Türkiyənin Baş Nazirliyininsaytına istinadla verdiyi məlumata görə, səfər dekabrın 3-4-də baş tutucaq. Məlumata görə, baş nazir Azərbaycan prezidenti İlham Əliyev və baş nazirArtur Rasizadə ilə görüşəcək.
Türkiyə rəsmisi yeni hökümət qurulduqdan sonra ilk səfərini Şimalı Kipr Türk Respublikasına edəcək. Davudoğlunun Azərbaycan səfəri yeni hökumətin ilk 100 günlük proqramına salınıb.

Əhməd Davudoğlu - Türkiyənin baş naziri
27 noyabrda isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbəaycana səfərə gəlmişdi. Səfər çərçivəsində M.Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevlə, baş nazir Artur Rəsizadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb.
Səfərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi və Rusiya ilə Türkiyə arasında əgərginlik münasibətlər olub.
Nazir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəstəklədiyini bildirib. Çavuşoğlu Bakı səfərində prezident İlham Əliyevlə də görüşüb.

Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident İlham Əliyev arasında görüş
Hər iki səfər Rusiya və Türkiyə arasında münasibətlərin gərgin olduğu bir vaxtda təsadüf edir. Ehtimal etmək olar ki, Çavuşoğlunun səfərində olduğu kimi bu dəfə də müzakirə olunacaq mövzular arasına iki ölkə arasında gərginləşən münasibətlərin olacaq. Çünki Azərbaycanın həm Rusiya həm də Türkiyə əlaqələri yüksək səviyyədədir. Bu səbəbdən korlanan münasibətləri Azərbaycanın köməkliyi ilə bərpa etmək mümkün ola bilər.