Putin sərəncam imzaladı

{title

42-ciparalel.az
 
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyalar haqqında sərəncam imzalayıb. Sərəncam ölkənin milli təhlükəsizliyinin müdafiəsi və Türkiyəyə qarşı iqtisadi sanksiyaları nəzərdə tutur. Sənədə əsasən müəyyən müddətə Türkiyədən şəxsi istifadə üçün əşyaların gətirilməsinə qadağa qoyulur. Turoperatorlar Türkiyə istiqamətində işləri dayandırır, yanvarın 1-dən etibarən iş sahiblərinə Türkiyə vətəndaşlarını işə götürmək qadağan edilir. Həmçinin Türkiyə-Rusiya arasında çarter daşımaları qadağan edilir. Nəqliyyat təhlükəsizliyi tədbirlərini gücləndirmək də sərəncamda əksini tapıb.