Ruslar vurulan təyyarənin acığını belə çıxıblar (VİDEO, FOTO)

42-ciparalel.az
Ruslar vurulan təyyarənin acığını belə çıxıblar.
Simferopolda mitinq iştirakçıları Rəcəb Tayyip Ərdoğanın müqəvvasını yandırıblar. Bu gün Simferopolda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı etiraz aksiyası keçirilib.
Simferopol rəhbərliyindən verilən məlumata görə, mitinqdə 30-a yaxın insan iştirak edib. Onlar üzərilərində "Kürəyə zərbə", "Rusiyanın Kosmik Hava Qüvvələrinə eşq olsun" yazıları olan plakatlar olub. Məlumatlarda o da deyilir ki, mitinqin həyata keçirilməsinə hakimiyyət tərəfdən icazə verilib.
Noyabrın 25-də isə Moskvada bir-birinin ardınca iki mitinq keçirilib. Onlardan biri səhər saatlarında Türkiyənin Moskva səfirliyi qarşısında olub. Mitinqə 600-dən çox insan qoşulub. Aksiyaçılar əllərində "Arxadan vurulan zərbə", "Türkiyəyə getmirəm" şüarlı plakatlar tutublar. Bundan başqa, onların bəziləri qollarına qara lent bağlayıb, bəzilərinin əlində isə səmada təyyarənin partlayış anını əks etdirən fotolar olub.
Türkiyənin Moskvadakı səfirliyinin önündə aksiya
Digər aksiya isə axşam Moskvada Qorkov parkı yaxınlığında, Türkiyə səfirliyinin önündə olub. Bir qrup insan Türkiyə səfirliyini daşqalaq edib. Səfirliyə atılan daşlar nəticəsində binanın şüşələri sınıb. Bundan başqa, binaya Türkiyə hökümətini təhqir edən plakatlar vurulub, boyalarla "Türkiyəyə getmək yox", "Arxadan vurulan zərbə" kimi ifadələr yazılıb.

Türkiyə səfirliyinin qarşısına yazılar asılıb
Rusların bu cür aksiyalar keçirməsinə səbəb noyabrın 24-də Suriya -Türkiyə sərhədində, Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi - "Su 24"-ün Türkiyənin Hərbi Hava Qüvvələrlərinə məxsus F-16 qırıcısı tərəfindən vurulmasıdır. Türkiyə tərəfi "Su-24" təyyarəsinin Türkiyə ilə sərhədi pozduğu üçün vurulduğunu desə də, Rusiya bu iddiaları təkzib edir.
Bu gün eyni zamanda Rusiyanın Londondakı səfiri öz "Twitter” səhifəsində maraqlı bir foto paylaşaraq, orada balaca boylu Osmanlı sultanının Rus əsgərinə təpik vurması səhnəsini göstərir. Bununla demək istəyir ki, rus əsgəri türk paşasının hərəkətlərinə heç əhəmiyyət də vermir.

Rusiyanın London səfirinin "Twitter” səhifəsində paylaşdığı foto