Jirinovski: "Boğaza bir bomba atırıq, su yüksəlir və şəhər məhv olur"

42-ciparalel.az
"İstanbulu məhv etmək çox asandır. Boğaza bir nüvə bombası atmaq yetərlidir". Bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski
deyib.
Sensasison bəyanataları ilə tez-tez gündəmə gələn Jirinovski Türkiyəni nüvə raketi ilə hədələyib. "Qovorit Moskva" (Danışır Moskva) radiosuna açıqlama verən rusiyalı deputat deyib ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq. Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 9 milyon adam yaşayır".
O, deyib ki, Türkiyənin NATO mütəffiqləri buna qarışmayacaqlar. "Onlar nüvə alovunda ölmək istəməyəcəklər".
Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib.
Deputat hesab edir ki, indi Türkiyə rəhbərliyi, baş nazir, prezident, o cümlədən baş qərargah təşviş içindədir. "Onlar nə baş verəcəyini bilmirlər".