İlham Əliyev: "Azərbaycan Türkiyə və Rusiya ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir"

42-ciparalel.az
"Azərbaycan Türkiyə və Rusiya ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir". Bunu prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.
İ.Əliyev türkiyəli qonağı xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edib. O, Çavuşoğlunun ilk səfəri Azərbaycana etməsidən çox şad olduğunu deyib.
"Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir".
Türkiyənin XİN rəhbəri də nazir təyin edildikdən sonra ilk səfərimi qardaş Azərbaycana etməkdən, ənənələri davam etdirməkdən böyük qürur duyduğunu vurğulayıb.
Mövlud Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən zirvə toplantısında iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib. "Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.