BMT-də çıxış edən rusiyalı diplomatların fırıldağı üzə çıxıb

{title

42-ciparalel.az
 
8 il ərzində Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndələri çıxışları zamanı eyni mətni oxuyublar. 
Rusiya diplomatlarının eyni nitqi səsləndiriməsini blogger Yuri Ştenqel aşkar edib.

Bloggerin araşdırmaları nəticəsində məlum olub ki, BMT –də çıxış edən Rusiya diplomatları 2008-2015-ci illərdə eyni mətnləri çox az dəyişikliklərlə oxuyublar.

8-il ərzində əsasən Qriqori LukyansevVasiliy Nebenzya, Anatoli Viktorov, Yevgeni Zaqaynov və Vitali Çurkin eyni mətnləri oxuyub. Rusiyalı nümayəndələr əsasən BMT-nin Baş assambleyasının üçüncü komitəsinin sosial, humanitar, mədəni məsələlər üzrə iclaslarında irqçilik, diskriminasiya və ksenofobiya ilə bağlı qətnamələrin müzəkirəsi zamanı eyni hərəkəti təkrar ediblər. 

İkinci dünya müharibəsinin nəticələrinin müzakirələri zamanı rusiyalı nümayəndələrin ayrı - ayrı illərdə irqçilik, irqi diskriminasiya və ksenofobiya ilə bağlı nitqləri eyni olub. 

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, minimal dəyişikliklərlə nitqlərdən istifadə təcrübəsi normal haldır, çünki bu mətnlərin hər birində rəsmi mövqe öz əksini tapıb. 

Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsinin adi bir hal kimi qəbul etdiyi bu məsələ əslində BMT-nin dünyadakı nüfuzuna zərbə hesab olunur. Ona görə də sözün əsl mənasında nümayəndələr özlərinə əziyyət verməyiblər. Təkrar mətnlərdən görünür ki, Rusiya nümayəndə heyəti BMT-nin fəaliyyətinə qeyri-ciddi yanaşır. 

Rusiya nümayəndələrinin 2011 - 2012-ci il çıxışları


BMT fəaliyyət göstərdiyi tarix boyu minlərlə qətnamələr qəbul edib. Amma demək olar ki, onlardan yarıdan çoxu hələ də icra olunmayıb. Belə qətnamələrdən biri də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlıdır. BMT-nin qəbul etdiyi qətnamələrdə Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarını qeyri – şərtsiz boşaltması tələb olunsada, 20 ilədən çoxdur ki, təşkilatın qəbul etdiyi qərar icara olunmur. 

Yəqin ki, Rusiya nümayəndələri də düşünüblər ki, oxuduqları mətnlərdə hər hansı dəyişiklik etsələr belə, müzakirə olunan məsələlərlə bağlı heç bir dəyişiklik olmayacaq. 

Rusiya nümayəndə heyətinin 2008 - 2015-ci illərdə təkrar oxuduğu mətnlərə bu linkdən baxa bilərsiniz.