Əli Əhmədov: Xəyanət edənlər cəzalandırılacaqlar

42-ciparalel.az
Baş nazirin müavini nazirlərin və vəzifəlilərin işdən çıxarılmasından danışdı.
"Qanunu pozmuş, prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş, onun etimadına müəyyən dərəcədə xəyanət etmiş insanlar varsa, onlar da ciddi şəkildə cəzalandılacaqlar”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib. O son zamanlar vəzifəli şəxslərin işdən çıxarılması, nazirlərin vəzifədən azad olunması ilə bağlı açıqlama verib.
Baş nazirin müavini bildirib ki, nazirlərin işə təyin olunması və işdən azad edilməsi cənab Prezidentin Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərinə daxildir: "Təbiidir ki, istənilən vaxt prezident nazirləri işdən azad edə və onların yerinə yeni nazirlər təyin edə bilər. Bizi bu və ya digər nazirliklərdə aşkar edilən ciddi pozuntular narahat edir. Bu barədə cənab prezidentin çox kəskin mövqeyi ortadadır”.
O, nazirliklərdə ciddi qanun pozuntularının aşkar olunmasından narahatalaıq keçirdidklərini də deyib.
Prezident İlham Əliyevin sərəncamı ilə oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov tutuduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasından sonra MTN-nin bir sıra vəzifəli şəxsləri həbs edilib və ya işdən çıxarılıblar.
Qurumun 10-a yaxın əməkdaşı barəsində həbs qətiimkan tədbiri seçilib.
Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.
MTN işi ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də yoxlamalar başlayıb. Nazirliyin bir neçə əməkdaşı dindirilib. Bir neçə gün öncə isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifədən azad edilib. Adıçəkilən nazirliyin bir neçə əməkdaşı vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə həbs edilib.
Hər iki nazirin yerinə təyinat olmayıb.