Mübariz Əhmədoğlu: “Ermənistana təzyiqlər var”

{title

42-ciparalel.az
 
"Təzyiq edənlərin birincisi Rusiyadır”. Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, amerikalı həmsədr Ceyms Uorlik prezidentlərin görüşünün vaxtının Ermənistandakı konstitutsiya referendumundan sonraya müəyyən olunduğunu bildirmişdi: "Amma erməni vitse-spikerin sələndirdiyi tarix isə dekabrın əvvəlinə nəzərdə tutulub. Bu isə ancaq 2-4 dekabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək ATƏT-in illik sessiyası zamanı mümkün ola bilər. Orada Fransa və Rusiya prezidentlərinin iştirakı mümkündür. Məhz bu səbəbdən də Rusiya Ermənistanı görüşün vaxtını tezləşdirməyə məcbur edib”.Mərkəz sədrinin sözlərinə görə, bu görüşün baş tutacağına olan ehtimallar böyükdür: "Hər hansı sənədin imzalanması da mümkündür. Bu isə ancaq yenilənmiş Madrid prinsiplərinə əsaslana bilər. Sənəddə 3 əsas məsələnin yer alacağını düşünürəm: Birincisi, Dağlıq Qarabağ ətrafındakı bütün ərazilər Azərbaycana qaytarılır, ikincisi Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər müharibə variantını istisna etməlidirlər, üçüncüsü Azərbaycan Ermənistana gedən kommunikasiya yollarını açır. Bu isə həm Ermənistanın iqtisadi blokadadan çıxması, həm də Ermənistan-Rusiya arasında kommunikasiyaların açılması deməkdir. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə təxirə salına bilər”.