ABŞ və qondarma rejim dostluğu

42-ciparalel.az
Qondarma Dağlıq Qarabağ Respublikasının "baş naziri” ABŞ -a işgüzar səfərə gedib.
Qondarma Dağlıq Qarabağ Respublikasının "baş naziri” Arayik Harutyunyan ABŞ -a işgüzar səfərə gedib. Harutyunyan ABŞ-da erməni məktəblərini və Ermənistanın Los Angeles-dəki baş konsuluğunu ziyarət edəcək.
NEWS.am saytının məlumatına görə, Arayik Harutyunyan ABŞ-a səfəri çərçivəsində Erməni Apostol Kilsəsi, erməni siyasi partiyaları və digər ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.

Qondarma Dağlıq Qarabağ Respublikasının "baş naziri” - Arayik Harutyunyan
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında: Arayik Harutyunyanın ABŞ-a səfərinin araşdırılacağını bildirdi.
"Bu səfərin hansı əsasla həyata keçirilməsi məsələsinin araşdırılması üçün Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin ABŞ-dakı səfirliyinə təlimatlar veriləcək. Məsələ araşdırıldıqdan sonra ABŞ tərəfinə Azərbaycanın ciddi narahatlığı çatdırılacaq”.

Hikmət Hacıyev - XİN -nin mətbuat xidmətinin rəhbəri
Bundan əvvəl qondarma respublikanın "prezidenti” Bako Saakyan Londonda yerləşən "Chatham House”- Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirə dəvət olunmuşdu.
Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb olub. Keçirilən müzakirələrdə iştirak edən Saakyan tədbirdə çıxış edib. Rəsmi Bakının etiraz notasına baxmayaraq, Böyük Britaniya Qarabağ separatçılarının başçısı Bako Saakyanın London səfərinə qadağa qoymayıb.
Bako Saakyanın səfəri London səfəri zamanı Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında bu ölkədəki səfirimiz Azərbaycanın etiraz məktubunu Britaniya XİN-ə təqdim etmişdi. Eyni zamanda Britaniyanın Azərbaycandakı səfirı də XİN-ə dəvət olunub, dövlətin mövqeyi ona çatdırılıb.
Qondarma respublikasının ən yüksək rütbəli məmurunun səfər etdiyi dövlət ATƏT Minsk Qrupununhəmsədridir. ABŞ dost və tərəfdaş hesab etdiyi Azərbayanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Amma bu səfər bir daha Azərbaycana qarşı ikili standartların tətbiq edildiyini bir daha sübut edir. ABŞ-ın iliki standartları təkcə qanunsuz səfərlərlə bitmir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən azərbaycan-amerika biznes-forumunda ABŞ şirkətlərini Dağlıq Qarabağda fəaliyyət göstərən fəaliyyətlərini dayandırmağa çağırıb.