Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

{title

Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

42-CiParalel.Az
-ın məlumatına görə, sərəncamda deyilir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub.

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransınqərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi edəcəkdir. Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Sərəncamda qeyd olunur ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri