Milli Məclis Novruz Məmmədovun baş nazir olmasına “HƏ” dedi

Milli Məclisin növbəti plenar iclası keçrilib.
42-Ciparalel.az-ın məlumatına görə, iclasda Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri postuna namizədliyinin irəli sürülməsinə baxılıb.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.
Məsələ daha sonra isə səsverməyə qoyularaq qəbul edilib.