Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.
42-CiParalel.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib:
"Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.
Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.