Şimali və Cənubi Koreya arasındakı danışıqların vaxtı bilindi

{title

Cənubi Koreya və Şimali Koreya arasında danışıqlar sərhədyanı Phanmuncom yaşayış sahəsində yanvarın 9-u səhər saatlarında başlayacaq.

 

42-Ciparalel.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə nazirliyi məlumat verib.

 

Gözlənilir ki, 2012-ci ilin dekabr ayından etibarən iki ölkə arasında keçiriləcək ilk danışıqların əsas mövzusu Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq.