Saakaşvilidən təhdid: Toxunsanız, özümü damdan atacam - CANLI + YENİLƏNİB

Gürcüstanın sabiq prezidenti, "Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.
42-CiParalel.az-ın məlumatına əsasən, bu barədə "1+1" telekanalı məlumat yayıb.
"Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, - deyə məlumatda bildirilir.
42-CiParalel.az-ın məlumatına əsasən, bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün "Facebook" səhifəsində yazıb.
"Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, - Sakvarelidze yazıb.
"NewsOne" telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.