“Qarabağ danışıqlarından həddindən artıq optimizm gözləməyin” - Rusiya XİN

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlarda həddindən çox optimizm yoxdur və çətin ki, bu problem qısa zamanda həllni tapsın.
42-CiParalel.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib:
"Qarabağ danışıqlarından həddindən artıq optimizm gözləmək lazım deyil. Problem çətindir və bütün danışıqlar təcrübəmiz onu deyir ki, təəssüf ki, bu, tez həll olunmayacaq. Amerika və fransalı həmkarlarımızla hansı nöqtədə olduğumuzu analiz edəcəyik və çalışacağıq ki, hər hansı aktiv səylər göstərərək problemin nizama salınmasında irəliləyiş əldə etməyə şərait yaradaq”.