Saakaşvili baş nazir olmağa hazırlaşır

"Ukraynada yeni hökumət qurulmalıdır. Mən sizinlə birlikdə yeni prosesə rəhbərlik etməyə və əgər lazım olarsa, bu hökumətə başçılıq etməyə hazıram”. 42-CiParalel.az xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada deyib.
M. Saakaşvili dekabrın 3-də "xalq impiçmenti”nə başlayacaqlarını bildirib: "Mən ölkəni gəzəcəm və insanları dinc mübarizəyə səsləyəcəm”.