Filippin prezidenti Trampın sifarişi ilə mahnı oxudu

Filippin prezidenti Rodriqo Duterte Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyasının forumunun qala gecəsində mahnı oxuyub.
42-Ciparalel.az-ın məlumatına görə, bu barədə GMA Network portalı xəbər verir.
Filippinin lideri səhnəyə qalxaraq müğənni Pilita Korraleslə birgə duet oxuyub.
Duterte çıxışını bitirdikdən sonra zarafatla qeyd edib ki, zalda əyləşən "ABŞ prezidenti Donald Trampın sifarişi ilə oxuyub”.