Prezident yeni fərman imzaladı

{title

Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ("ASK” ASC) yaradılması haqqında Fərman imzalayıb.

42-Ciparalel.azxəbər verir ki, səhmləri dövlətə məxsus olan "ASK” ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.

Belə ki, fərmana əsasən "ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri "ASK” ASC-nin Müşahidə Şurası həyata keçirəcək.

Prezidentin bu sərəncamına əsasən "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Əmirov, baş direktor vəzifəsini isə Kamran Nəbizadə icra edəcək.