Novruz Məmmədov Qarabağın geri qaytarılmasından danışdı

{title

     42-ciparalel.az     

    "Nəticəsinin nədən ibarət olduğunu biləndən sonra ona mövqe nümayiş etdirə bilərik”.

Prezident Admnistrasiyası rəhbərinin müavini Novruz Məmmədov Dağlıq Qarabağın geri qaytarılması prossesindən danışıb. 

Madrid prinsiplərindən söz açan Novruz Məmmədov bu prossesin mərhələli şəkildə olacağını söyləyib: "Madrid prinsiplərində bunların hamısı göstərilib. Azərbaycan ərzilərinin yəni, Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması bir mərhələdə, ondan sonrakı bir neçə mərhələdə isə daha 2 rayonun qaytarılması ola bilər. Tarixi müəyyən olunmayan bir vaxtda azərbaycanlı qaçqınların öz yurdlarına qaytarılmasından sonra orada bir referendumun keçirilməsi baş verə bilər. Danışıqların nəticəsinin nədən ibarət olduğunu biləndən sonra ona mövqe nümayiş etdirə bilərik”.