ABŞ-ın 2018-ci ilə "özəl" planı üzə çıxdı

{title

 İraq və Suriya bağlı ABŞ-ın 2018 il üçün planı bəlli olub. 42-Ciparalel.az  "Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ Şimali İraqda peşmərgəni, Suriyada isə PYD-ni (PKK-nın Suriya qanadı hesab edilir – red.) legitimləşdirmək üçün iki ölkədə 7 yeni dövlət elan etməyə hazırlaşır.

Bu haqda açıqlamanı isə türkiyə mətbuatına  Suriyada 2013-cü ildən müxalifətin sıralarına keçən yüksək vəzifəli bir hərbçi verib. Belə ki, ABŞ-ın planına görə, İraqda sünnilərə dar bir ərazi verilir. Tikrit, Səlahəddin, Anbar və Fəllucə sünnilərə, Ərbil, Duhok, Hələbcə və Süleymaniyyə bölgələri peşmərgəyə, Bağdad-Nasiriyye-Kadisiyye-Nəcəf dəhlizi isə şiələrə "pay düşür”


Suriyada Aralıq dənizindən başlayaraq Lazkiye-Tartus-Dəməşq xəttini Nüseyri federal bölgəyə daxil edən ABŞ, Suveyda-Golan-Kuneytra xəttini dürzilər üçün ayırmağı da unutmayıb. Suriyalı hərbçinin sözlərinə görə, Suveyda-Golan xəttində federal status veriləcək ərazi, dürzilər bəhanə edilərək yalnız İsrailin təhlükəsizliyi üçün formalaşdırılacaq.
ABŞ-ın buradakı hədəfi Livan-Suriya sərhədində İsrailə daha geniş meydan yaratmaq və "Hizbullah” üçün nəzərdə tutulan dəhlizə mane olmaqdır.


ABŞ-ın nəzərdə tutduğu xəritədə Hələb, Xama və İdlib sünnilərə verilib. Haseke, Deyr-ez-Zorun şimalı, Rakka, Münbiç və Qamışlı xəttində isə PYD-nin "terror dövlət”i yaradılır. Müxalifət hərbçisinin sözlərinə görə, Suriyada istismar edilən neft ərazilərinin 65 faizi PYD-nin nəzarətindədir