Zare Palyandan Ermənistan üçün gecikmiş etiraf...

42-Ciparalel.az-ın məlumatına görə rəsmi Bakı Ermənistan rəhbərliyinin yarıtmaz və düşüncəsiz siyasət yeritdiyi haqqında tutarlı faktlarla bəhs etsə də, hər dəfə həm erməni ekspertləri, həm də Ermənistanın kriminal xunta rejimi bütün bunları təkzib edirdi. Üstəlik, Qərbin üzdəniraq qeyri-hökumət təşkilatları və bəzi dairələri Ermənistanı az qala regionun ən demokratik, insan haqlarının gözlənildiyi və demokratikləşən ölkə kimi təqdim edirdilər. Diaspor nümayəndəsi Zare Palyan isə tamamilə əks mövqe nümayiş etdirərək, konkret faktlarla Ermənistan hakimiyyətinin insan haqlarını tapdaladığını, öz xalqını güdaza verdiyini, işgüzar dairələri sıxışdırdığını və korrupsiyanı yüksək səviyyəyə qaldırdığını sübut edir. Bütün göstəricilərə görə Ermənistan dərin böhran içindədir və onun xilas olmaq imkanları minimumdur.